İran hələ də ABŞ ilə mümkün razılaşmanın mətnini hazırlayır və nüvə məsələsi üzrə müvəqqəti razılaşmanın bağlanması ehtimalı ilə bağlı məlumatları təsdiqləmir.
İzmedia.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai deyib.
Diplomat brifinq zamanı bildirib ki, “Hazırda fikirlərimizi hazırlamaq prosesindəyik”.
O, həmçinin ABŞ ilə danışıqlar barədə müxtəlif xəbərləri spekulyasiya adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşmanın əldə edilməsi ehtimalı ilə bağlı iddialar “əsassızdır”.
İzmedia.az
![]()

