Kalaşnikov Qrupunun mətbuat xidmətinin məlumatına görə, şirkət xüsusi hərbi əməliyyat zonasında yüksək tələbat olan pilotsuz uçuş aparatlarını (PUA) və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş 9M333 yer-hava idarə olunan raketlərinin növbəti partiyasını qoşunlara çatdırıb.
Bildirilib ki, “Kalaşnikov Qrupu 2026-cı il üzrə müqavilə öhdəlikləri çərçivəsində dövlət sifarişçisinə 9M333 yer-hava idarə olunan raketlərinin daha bir partiyasını təhvil verib. Yüksək dəqiqlikli bu raketlər xüsusi hərbi əməliyyat zonasında geniş istifadə olunan Strela-10 zenit-raket kompleksi və onun modifikasiyaları üçün nəzərdə tutulub”.
Açıqlamada qeyd olunur ki, 9M333 raketləri məsafədən idarə olunan uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəflərini, həmçinin paraşütlə enən obyektləri günün istənilən vaxtında məhv etmək imkanına malikdir. Raketin döyüş başlığı üç iş rejimi ilə təchiz edilib: fotokontrast, infraqırmızı və maneələrə qarşı davamlı (əks-təsirlərə immunitetli).
Şirkət həmçinin vurğulayıb ki, 9M333 raketlərinə dövlət sifarişlərinin artması onların xüsusi hərbi əməliyyat zonasında tətbiqi ilə bağlı müsbət rəylərlə əlaqədardır. “Kalaşnikov” əlavə edib ki, istehsalın planlı təşkili, yeni istehsal sahələrinin istifadəyə verilməsi və daxili sənaye akademiyasında kadr hazırlığı sayəsində öhdəliklər vaxtında yerinə yetirilir.
İzmedia.az
![]()

