Kreml Kiyevə mümkün ABŞ səfəri barədə məlumatsızdır

1 Min Read

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Kreml ABŞ-nin xüsusi elçisi Stiv Vitkov və amerikalı iş adamı Cared Kuşnerin Pasxa bayramından sonra Kiyevə səfər planları barədə dəqiq məlumata malik deyil.

Peskov deyib:

“Xeyr, biz bu cür planlar barədə dəqiq məlumatlı deyilik. Kiyev rejiminin nümayəndələrinin Vitkov və Kuşnerin belə bir səfərinin gündəmdə ola biləcəyi ilə bağlı açıqlamalarını eşitmişik”.

Daha əvvəl Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov bildirmişdi ki, Vitkov və Kuşner aprelin 12-dən sonra Ukraynaya səfər edə bilərlər.

ABŞ-ın iki yüksək səviyyəli nümayəndəsi Prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün dəfələrlə Rusiyaya səfər etsələr də, bu, onların Ukraynaya ilk səfəri ola bilər. Budanovun sözlərinə görə, ABŞ nümayəndə heyətinin mümkün səfəri nəticəsində Kiyevə təhlükəsizlik zəmanəti verilə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş