Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5346 nəfərə çatıb

1 Min Read

Venesuelada baş verən bir sıra güclü zəlzələlər nəticəsində ölənlərin sayı 5346 nəfərə çatıb. Bu barədə ölkənin Milli Assambleyasının spikeri Xorxe Rodriges bildirib.

Rəsmi məlumatlara görə, 16.740 nəfər zərər çəkib, 6.462 nəfər xilas edilib. Hakimiyyət orqanları 128.324 ailəyə yardım göstərib, 17.265 nəfər evsiz qalıb. 23.122 vətəndaş 107 müvəqqəti yaşayış düşərgəsində sığınacaq tapıb.

Hökumət tərəfindən dərc edilən hesabata görə, 856 binaya ziyan dəyib, onlardan 190-ı tamamilə dağılıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada güclü zəlzələlər baş verib. Zəlzələlərin gücü 7,2 və 7,5 bal olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş