Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilir.
izmedia.az “Oxu.Az” a istinadən xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Günün yeganə matçında “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.
Qeyd edək ki, Yevlax təmsilçisi 26 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Kəpəz” klubu isə 21 xalla 10-cu yerin sahibidir.
10 aprel
15:30. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Məkan: Yevlax şəhər stadionu.
![]()
