Bakıda çövkən üzrə dünya çempionatı: Bütün iştirakçılar məlum oldu

Nərmin
1 Min Read

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr məlumdur.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb.

Son olaraq xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.

Dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa və Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaqlar.

Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş