İslamabadda İran–ABŞ danışıqları iki formatda keçirilə bilər

1 Min Read

CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların iki formatda — birbaşa və dolayı şəkildə keçirilməsi gözlənilir.

Məlumata görə, danışıqların gündəliyi, ehtimal ki, ABŞ və İran tərəfindən Pakistanın vasitəçi qismində çıxış edən nümayəndələri vasitəsilə razılaşdırılacaq. Bundan sonra tərəflərin birbaşa danışıqlara keçəcəyi bildirilir.

Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün əsas kimi qəbul edir. Tramp qeyd edib ki, bu qərar İranın Hörmüz boğazını açmaq niyyətinə əsaslanır.

Öz növbəsində, Tehran İrana qarşı heç bir hücumun edilməməsi şərti ilə müdafiə xarakterli əməliyyatları dayandırmağa razılaşıb. Tərəflər arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif onları İslamabadda danışıqlara dəvət edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş