ABŞ İranın ilkin tələblərini qəbul edib.
İzmedia.az xəbər verir ki, bunu İranın Cənubi Afrikadakı səfirliyi bildirib.
“X” platformasında yayılan açıqlamada qeyd olunub: “İlkin tələblər qəbul edilib”.
Aprelin 10-da ABŞ prezidenti Donald Trump Vaşinqton və Tehran arasında Pakistanda aparılan danışıqların nəticələrinin 24 saat ərzində məlum olacağını açıqlayıb. O, həmçinin bildirib ki, danışıqlar uğursuz olacağı təqdirdə ABŞ ordusu artıq hərbi gəmilərin təchizatını gücləndirir.
İzmedia.az
![]()

