İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin Türkiyənin Suriyada genişlənən hərbi mövcudluğuna dözməyəcəyini bəyan edib.
İsrail mediasına müsahibə verən Baş nazir Ankara və Dəməşqə açıq mesaj göndərdiklərini bildirib: “Biz cənuba doğru irəliləyən Türkiyə hərbi varlığına icazə verməyəcəyik, çünki bu, İsrail üçün birbaşa təhdiddir. Ankaraya ‘bunu etməyin’ mesajını verdik, lakin görünür, bunu yaxşı eşitmədilər. Ona görə də bu xəbərdarlığı daha aydın şəkildə başa düşmələrinə şərait yaratdıq”.
Netanyahunun bu açıqlaması İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib vilayətində yerləşən “Əbu əl-Duhur” hərbi aerodromuna endirdiyi zərbələrdən sonraya təsadüf edir. İsrail tərəfi hücumun Türkiyə qüvvələrinin sözügedən bazada yerləşmək cəhdlərinin qarşısını almaq məqsədi daşıdığını eyham edib.
İzmedia.az
![]()

