Rusiyanın Baş naziri Mixail Mişustin və Özbəkistanın Baş naziri Abdulla Aripov bazar ertəsi Moskvada Rusiya və Özbəkistan hökumət başçıları səviyyəsində birgə komissiyanın altıncı iclasını keçirməyə hazırlaşırlar.
Görüş zamanı iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq. Tərəflərin ticarət-iqtisadi əməkdaşlıq, elm və texnologiya, həmçinin mədəni və humanitar sahələr üzrə əlaqələrin əsas istiqamətlərini nəzərdən keçirəcəyi gözlənilir.
İclasda sənaye və enerji sahələri, o cümlədən nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, təhsil və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə iri birgə layihələrin inkişafına xüsusi diqqət ayrılacaq.
İzmedia.az
![]()

