Xerson vilayətinin qubernatoru Vladimir Saldo TASS-a verdiyi müsahibədə bildirib ki, Avropada söz azadlığı yalnız hakim elitanın maraqlarına xidmət edir və adi insanlar üçün artıq mifə çevrilib.
“Orada, Avropada söz azadlığı böyük ehtimalla mifdir. Bu anlayış yalnız hakim elitaların müəyyən dövrdə ehtiyac duyduğu məsələlərə şamil olunur. Avropa İttifaqında rəhbərlik dəyişərsə, gündəm də dəyişəcək”, – deyə o qeyd edib.
Qubernator əlavə edib ki, müasir dünyada informasiya kütləvi qırğın silahlarından belə daha təhlükəli vasitəyə çevrilib.
İzmedia.az
![]()

