“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsü olub”.
izmedia.az “Oxu.Az” a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, təşkilatın katibliyi və sədrliyi sinxron şəkildə çalışır:
“Burada uşaq, qadın hüquqlarının müdafiəsi istiqamətində həm təcrübə mübadiləsi aparacağıq, həm də onların maraqlarını irəli sürəcəyik. İlk iclasda şuranın faəliyyət planının hazırlanmasının müzakirəsi olacaq”.
![]()
