5 min kilometrlik konvoy!ABŞ-da İsrailə qarşı reaksiya verməyə başladılar

1 Min Read

5 min kilometrlik yolun 10 gün davam etməsi gözlənilir.(Şəkil: EPA)

izmedia.az xəbər verir ki, noyabrın 3-də keçiriləcək aralıq seçkiləri öncəsi təşkil edilən təşəbbüs, İsrailə dəstəyin güclü olduğu ölkənin xüsusilə “İncil kəməri” kimi tanınan cənub və mərkəzi bölgələrində seçicilərin mövcud münasibətini şübhə altına almaq məqsədi daşıyır.

SİONİSTLƏRİN MASKALARI DÜŞƏCƏK

“Sabah” qəzetinin məlumatına görə, konvoyu təşkil edən fəallar amerikalıların Vaşinqton administrasiyasının İsrailə dəstəyinin səbəblərini və bu dəstəyin fələstinlilərə qarşı yaratdığı pozuntuları sorğulamasını istəyirlər.Təşəbbüsün əsas məqsədi İsrailə verilən siyasi və hərbi dəstəyi şübhə altına almaq və seçicilərin məsələyə münasibətini dəyişməkdir.Qəzzaya dəstəyi ilə tanınan fəal Hazami Barmada açıqlamasında deyib: "Əlbəttə ki, insanların Fələstini anlaması və tanıması vacibdir. Lakin daha vacib olan sionizmin nə olduğunu, İsrailin irqçi, etnik əsaslı bir dövlət və məskunlaşan müstəmləkəçilik layihəsi olduğunu anlamalarıdır".dedi.

Soyqırım İsrail fələstinli uşaqları kameralara bağlayır.İsrail mərkəzli insan haqları təşkilatları "İşgəncələrə Qarşı İctimai Komitə" və "Uşaq Həbslərinə Qarşı Valideynlər" İsrail Həbsxanalar İdarəsindən aldıqları məlumatlara əsaslanaraq, ötən il həbsxanalarda saxlanılan 635 fələstinli uşaqdan 351-nin tək kameralarda təcrid edildiyini bildiriblər.Kameralara atılan uşaqların 92 faizi ilə bağlı məhkəmə qərarı olmadığı vurğulanıb.Qatil İsrail ordusu, atəşkəsə baxmayaraq, 48 saat ərzində Qəzzaya təşkil etdiyi hücumlarda daha 10 fələstinlini qətlə yetirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş