“American Military Watch Magazine” (MWM) İsrail mənbələrinə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Livandakı əməliyyatlar zamanı son onilliklərdə görünməmiş itkilər verib.
Materialda qeyd olunur ki, müxtəlif İsrail mənbələrinin məlumatına görə, quru qoşunlarının son itkilərinin miqyası 1980-ci illərdən bəri müşahidə edilməyib. Həmin dövrdə İsrail ordusu Livanda Suriya Ərəb Ordusu və yerli silahlı qruplarla toqquşmalarda iştirak edirdi.
Nəşrin məlumatına əsasən, “Hizbullah” İsrail Müdafiə Qüvvələrinin zirehli texnikalarına qarşı hücumları gücləndirib və əsasən pilotsuz uçuş aparatlarından istifadə edir.
Bildirilib ki, qruplaşma İsrailə məxsus “Merkava IV” tankları, “Caterpillar D9” zirehli buldozerləri və “Namer” zirehli personal daşıyıcılarını məhv etməyə nail olub. Nəşr vurğulayır ki, 1980-ci illərdən bəri İsrail ordusunun bu miqyasda itkilərlə üzləşdiyi qeydə alınmayıb.
İzmedia.az
![]()

