Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında dondurulmuş aktivlərlə bağlı razılıq əldə olunub

0 Min Read

Qətərin vasitəçiliyi sayəsində ABŞ və İran Tehranın dondurulmuş maliyyə aktivləri ilə bağlı razılığa gəliblər. Bu barədə Al Jazeera telekanalı Dohada yüksək vəzifəli İran nümayəndə heyəti ilə aparılan danışıqlardan məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, bu məsələnin həlli İran tərəfi üçün əsas prioritetlərdən biri olub. Bildirilib ki, əldə olunan irəliləyiş ABŞ və İran arasında rəsmi razılaşmanın sabah elan olunma ehtimalını xeyli artırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş