Rusiya İstintaq Komitəsi: Ukraynalı hərbçilərlə bağlı 966 cinayət işi üzrə istintaq tamamlanıb

1 Min Read

Mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Rusiya İstintaq Komitəsi ukraynalı hərbçilərlə bağlı 966 cinayət işi üzrə istintaqı başa çatdırıb.

Açıqlamada bildirilir ki, hazırda 1280 nəfərin iştirakı ilə aparılan 966 cinayət işi üzrə istintaq yekunlaşıb. Qeyd olunur ki, bu şəxslər arasında yalnız Ukrayna hərbçiləri deyil, həmçinin komanda heyəti və digər ölkələrdən olan muzdlular da var.

İstintaq Komitəsi əlavə edib ki, 1100-dən çox şəxs məhkəmə qərarı ilə cəzalandırılıb, onlardan bəziləri ömürlük həbs cəzasına məhkum edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş