Yeletsdə dron hücumu: bir nəfər ölüb, beş yaralı var

1 Min Read

Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir qadın həyatını itirib, daha beş nəfər isə yaralanıb. Bu barədə vilayətin qubernatoru İqor Artamonov məlumat verib.

Onun Rusiyanın “Max” messencerində yaydığı açıqlamaya görə, şəhər dron hücumuna məruz qalıb: “Yelets dronlarla hücuma məruz qalıb. Təəssüf ki, itkilər var. Çerokmanova küçəsində bir qadın həlak olub. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Daha beş nəfər yaralanıb, onlardan dördü xəstəxanaya yerləşdirilib”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş