Lavrov: Rusiya–ABŞ münasibətləri “donmuş deyil”

1 Min Read

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ arasında münasibətlər hazırda Co Bayden administrasiyası dövründə olduğu kimi “dondurulmuş vəziyyətdə” deyil.

Lavrov Çinə rəsmi səfərindən sonra keçirdiyi mətbuat konfransında deyib: “Münasibətlər dondurulmayıb. Onlar Baydenin rəhbərliyi altında dondurulmuşdu və onun administrasiyası bütün əlaqələri faktiki olaraq kəsmişdi”.

Nazir 2021-ci ilin iyununda Cenevrədə keçirilən Rusiya–ABŞ sammitini də xatırladıb. Onun sözlərinə görə, həmin görüşdə “ciddi və səmimi dialoq” aparılsa da, daha sonra Vaşinqton Rusiyaya qarşı “koalisiya formalaşdırmağa” başlayıb və Moskva barədə “Ukraynaya müdaxilə hazırlığı” ittihamları irəli sürülüb.

Lavrov həmçinin qeyd edib ki, Donald Trampın rəhbərliyi dövründə Moskva–Vaşinqton münasibətləri “donma nöqtəsində deyil”. Onun sözlərinə görə, tərəflər müxtəlif səviyyələrdə müntəzəm əlaqə saxlayır və həm Rusiya, həm də ABŞ tərəfi dialoqa açıqdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş