Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Çin arasındakı münasibətlər “istənilən fırtınalara baxmayaraq sarsılmazdır” və bu, artıq bir sıra hadisələrlə sübut olunub.
Nazir Çinə rəsmi səfərindən sonra keçirilən mətbuat konfransında deyib: “Münasibətlərimizin istənilən fırtınalar qarşısında sarsılmaz olması ilə tamamilə razıyam. Bu, sadəcə şüar deyil, konkret hadisələrlə təsdiqlənmiş faktdır”.
Lavrovun sözlərinə görə, Moskva və Pekin beynəlxalq arenada ədalət, bərabərlik, suverenliyə hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərini dəstəkləyir.
O bildirib ki, bu yanaşma BMT Nizamnaməsinə əsaslanır və iki ölkənin əməkdaşlığı “bütün dövlətlərin öz inkişaf yolunu seçmək hüququna hörmət” prinsipini gücləndirir.
Nazir əlavə edib ki, Rusiya və Çin beynəlxalq sistemdə sabitləşdirici rol oynayır və müxtəlif sahələrdə əməkdaşlıq “çiyin-çiyinə” və “arxa-arxaya” prinsipləri ilə davam etdirilir.
İzmedia.az
![]()

