Tramp: İranla müharibəni mümkün qədər tez bitirmək istəyirəm

1 Min Read
U.S. President Donald Trump holds a press conference in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci

The Wall Street Journal-ın məlumatına görə, ABŞ prezidenti Donald Trump Hollandiya kralı Villem-Aleksandr və kraliça Maksima ilə şəxsi şam yeməyi zamanı İranla müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini bildirib.

Məlumata görə, ABŞ lideri İranı danışıqlar masasına qaytarmağın yeganə yolunun İrana təzyiqi artırmaq olduğuna inandığını qeyd edib.

Digər məlumatlara əsasən, 11 apreldə İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Lakin ABŞ administrasiyası yaxın günlərdə Pakistan paytaxtında şəxsən məsləhətləşmələrin bərpa olunacağına ümid edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş