Cənubi Koreyada mənzildə yanğın: 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Nərmin
1 Min Read

Cənubi Koreyanın Uivanq şəhərində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

izmedia.az xəbər verir ki, hadisə Seul yaxınlığında yerləşən 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerli vaxtla saat 10:30 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın təxminən iki saat ərzində söndürülüb.

Nəticədə 2 nəfər həyatını itirib, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş