“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trump Niderland kralı Villem-Aleksandr və kraliça Maksima ilə şəxsi şam yeməyi zamanı İranla müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini bildirib.
Qəzet yazır ki, ABŞ lideri İranı danışıqlar masasına qaytarmağın yeganə yolunun ona təzyiqi artırmaq olduğuna əmin olduğunu vurğulayıb.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də ABŞ İranla iki həftəlik atəşkəs elan edib.
Aprelin 11-də tərəflər İslamabad şəhərində bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident JD Vance rəhbərlik edib.
Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. Yeni məsləhətləşmələrin keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Buna baxmayaraq, ABŞ administrasiyası danışıqların yaxın günlərdə İslamabadda bərpa oluna biləcəyini istisna etmir.
İzmedia.az
![]()

