Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində “18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə tədbir keçirilib-VİDEO

2 Min Read

Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyində “18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə maarifləndirici tədbir keçirilib. Tədbir Mədəniyyət İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Salyan regional bölməsi, “Muğan” Tarixçilər Birliyinin və Muzeyin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə muzey əməkdaşları, tarixçilər və xidmətin nümayəndələri iştirak edərək milli-mədəni irsimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Tədbiri giriş sözü ilə tarixçi Elçin Hüseynov açaraq, Beynəlxalq abidələr və tarixi yerlər gününün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu gün yalnız tariximizin yaddaşı deyil, həm də milli kimliyimizin əsas dayaqlarından biri olan abidələrin qorunmasına diqqətin artırılması baxımından xüsusi önəm daşıyır.
Daha sonra çıxış edən tarixçi Rza Rzayev mövzunun elmi aspektlərinə toxunaraq, bölgədə yerləşən tarixi abidələrin araşdırılması və sənədləşdirilməsinin vacibliyini vurğulayıb. Tarixçi Ələsgər Mirzəzadə isə çıxışında mədəni irsin qorunmasının yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti olduğunu qeyd edib.
Tədbirdə söz alan tarixçi Elşad Əmənov mədəni irsin təbliği və gənc nəslin bu sahədə maarifləndirilməsinin vacibliyindən danışaraq, bu cür tədbirlərin rolunu yüksək qiymətləndirib.
Sonda muzeyin direktoru Şövqü Bayramov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara təşəkkürünü bildirib və belə görüşlərin davamlı olmasının vacibliyini qeyd edib.
Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb. Bu kimi təşəbbüslər milli-mədəni irsin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş