TASS-ın dəniz nəqliyyatının monitorinq sistemlərinə əsaslanan hesablamalarına görə, həftəsonu Hörmüz boğazından 40-dan çox ticarət gəmisi keçib. Şənbə günü isə rekord göstərici qeydə alınıb — 37 gəmi.
Məlumata əsasən, aprelin 18-də 37 gəminin boğazdan keçidi regionda gərginliyin artdığı dövrdən bəri ən yüksək göstərici olub. Əvvəlki rekord aprelin 14-də 16 keçid təşkil edirdi. Aprelin 19-da isə, boğazın bağlanmasının bərpası ilə bağlı açıqlamadan əvvəl, səkkiz gəmi keçidi həyata keçirib.
Daha əvvəl Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını bəyan etmişdi. ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bildirib.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələri İranın ABŞ dəniz blokadası tam aradan qaldırılana qədər boğazı bağladığını açıqlayıb. Qurum gəmi sahiblərini yalnız İran tərəfinin tövsiyələrinə əməl etməyə çağırıb və Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarını etibarsız hesab edib.
İzmedia.az
![]()

