Livanın “Əl Markazia” xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Livan Silahlı Qüvvələrinin əsgəri Patrik Andranik Bakaryanı Cədidə-Mərceyun şəhərində saxlayıb.
Məlumata əsasən, Bakaryan şəhərə sevgilisini ziyarət etmək məqsədilə gedib. Hazırda onun azad olunması üçün diplomatik və digər səylərin göstərildiyi bildirilir.
Livanın hərbi mənbələri əsgərin üç gündür itkin düşdüyünü təsdiqləyib. Onun harada olduğu və vəziyyəti ilə bağlı araşdırmalar aparıldığı qeyd olunur.
İzmedia.az
![]()

