Avropa Parlamentinin veb-saytında yayılan məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri iştirakçıların razılığı olmadan süni intellekt (Sİ) vasitəsilə cinsi dərin saxtakarlıqların (deepfake) yaradılmasını qadağan etmək barədə razılığa gəliblər.
Məlumatda bildirilir ki, Parlament və Şura həmçinin uşaqların cinsi istismarını əks etdirən, eləcə də şəxsiyyəti müəyyən edilə bilən şəxsin intim hissələrinin və ya cinsi xarakterli fəaliyyətlərdə iştirakının təsvir olunduğu materialları yaradan süni intellekt sistemlərinin də qadağan edilməsi barədə razılaşma əldə ediblər.
Qeyd olunur ki, qəbul edilən dəyişikliklərin qüvvəyə minməsi üçün sənəd Avropa Parlamentinin plenar iclası və Aİ üzv dövlətləri tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Bu mərhələnin adətən formal xarakter daşıdığı bildirilir.
Son təsdiqdən sonra Aİ-də fəaliyyət göstərən şirkətlərə öz süni intellekt sistemlərini yeni tələblərə uyğunlaşdırmaq üçün 2 dekabr 2026-cı il tarixinədək vaxt veriləcək.
İzmedia.az
![]()

