CTK xəbər agentliyi Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadən bildirib ki, üç aylıq fasilədən sonra “Drujba” boru kəməri ilə Slovakiyaya neft axını yenidən bərpa olunub.
Məlumata görə, neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan (Moskva vaxtı ilə 03:00, GMT ilə isə 00:00) sonra daxil olmağa başlayıb.
Xatırladaq ki, Ukrayna hakimiyyəti yanvarın 27-də “Drujba” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırmışdı. Bunun ardınca Slovakiya hökuməti ölkədə enerji böhranı elan etmişdi.
Slovakiyanın baş naziri Robert Fico isə bildirmişdi ki, boru kəməri ilə nəql bərpa olunana qədər ölkə Rusiyaya qarşı yeni Avropa İttifaqı sanksiyalarını bloklayacaq.
İzmedia.az
![]()

