Yaponiyanın şimalındakı Aomori prefekturasında quş qripi epidemiyası aşkarlanıb və təxminən 230 min toyuğun məhv edilməsinə başlanılıb.
İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə 32 quşçuluq fermasının ətrafında 10 kilometr radiuslu karantin zonaları yaradılıb. Hakimiyyət orqanları və mütəxəssislər vəziyyətin ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyini bildirirlər.
Qeyd olunur ki, 2023-cü ildə baş verən oxşar epidemiya Yaponiyada yumurta qiymətlərinin kəskin artmasına səbəb olmuş, qiymətlər 76 faiz yüksəlmiş və Tokioda bəzi mağazalarda qıtlıq yaranmışdı.
İzmedia.az
![]()

