23 yaşlı tiktoker saxlanıldı

Nərmin
1 Min Read

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 23 yaşlı Süleyman Məmmədov saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla S.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Aqil Vəlili

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş