Menstrual sancılar bir çox qadının qarşılaşdığı geniş yayılmış problemlərdən biridir. Tibbdə dismenoreya adlanan bu vəziyyət uşaqlığın daxili qişasını xaric etmək üçün yığılması nəticəsində yaranır. Bu zaman orqanizmdə prostaglandin adlı birləşmələr ifraz olunur ki, onlar da ağrılı sancılara səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, menstrual ağrıların azaldılması üçün istifadə olunan ən təsirli təbii vasitələrdən biri zəncəfil çayıdır. “EatingWell” nəşrinin yazdığına görə, zəncəfil uzun illərdir iltihabəleyhinə xüsusiyyətlərinə görə bitki mənşəli müalicə vasitəsi kimi istifadə olunur.
Qidalanma üzrə mütəxəssis Culi Peys bildirib ki, çoxsaylı tədqiqatlar zəncəfilin menstrual ağrıların aradan qaldırılmasında ibuprofen kimi reseptsiz satılan ağrıkəsicilər qədər təsirli ola biləcəyini göstərib. Onun sözlərinə görə, zəncəfil eyni zamanda menstruasiya dövründə tez-tez müşahidə olunan ürəkbulanmanı da azaltmağa kömək edir.
Ağrılı sancıların şiddətini azaldır
Mütəxəssislər qeyd edirlər ki, zəncəfil çayı menstrual sancıların həm şiddətini, həm də davametmə müddətini azaltmağa kömək edə bilər.
Dietoloq Leysi Dannın sözlərinə görə, zəncəfil təbii antihistamin xüsusiyyətlərinə malikdir və bu səbəbdən hormonal dəyişikliklərlə əlaqədar yaranan bəzi sancıların yüngülləşdirilməsində də faydalı ola bilər.
Araşdırmalardan birində gündə iki fincan zəncəfil çayı qəbul edən qadınlarda qarının aşağı hissəsində yaranan ağrı və sancıların nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.
İzmedia.az
![]()

