Aleksey Puşkov TASS agentliyinə müsahibəsində bildirib ki, ABŞ ilə hərbi münaqişə fonunda İran cəmiyyətində heç bir parçalanma əlaməti yoxdur.
Puşkov qeyd edib ki, müharibənin iki ay keçməsinə baxmayaraq, İran cəmiyyətində daxili parçalanma müşahidə edilmir. Onun sözlərinə görə, İran çox qədim sivilizasiyadır, zəngin və müxtəlif mədəniyyətə malikdir.
Senator bildirib ki, müasir iranlılar rasional insanlardır və ölkənin güclü mühəndislik məktəbi mövcuddur.
Onun fikrincə, İran Hörmüz boğazına nəzarət etdiyi, inkişaf etmiş raket imkanlarına və güclü kəşfiyyat potensialına malik olduğu üçün Yaxın Şərqdə mühüm geostrateji mövqe tutur.
Puşkov əlavə edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının qaldığı Dubay otelinin bir mərtəbəsinə pilotsuz uçuş aparatının düşməsi ilə bağlı məlumat onu təəccübləndirib.
Sonda o bildirib ki, İran güclü şəhər mədəniyyətinə və cəmiyyəti möhkəmləndirən şiə dini ənənələrinə malik inkişaf etmiş millətdir.
İzmedia.az
![]()

