Çexiyada xəstəxanada bomba həyəcanı: Yüzlərlə insan təxliyə edilib

1 Min Read
Çexiyanın Horjovitse şəhərindəki xəstəxanaya anonim bomba təhdidinin daxil olmasından sonra hüquq-mühafizə orqanları binada genişmiqyaslı təxliyə əməliyyatı keçirib. ČTK xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri xəstəxana ərazisini dərhal nəzarətə götürərək xüsusi təlim keçmiş itlər və istehkamçı qrupları ilə axtarışlara başlayıb.
Axtarışlar zamanı tibb müəssisəsində hər hansı partlayıcı qurğu aşkarlanmayıb. Təxliyə olunan pasiyentlər və tibbi heyət yoxlamalar başa çatdıqdan sonra yenidən binaya qayıdıblar.
Qeyd edək ki, analoji hadisə ötən həftə Çexiyanın qərbində yerləşən Kadan şəhərindəki xəstəxanada da qeydə alınmış, 240 nəfər təxliyə edilsə də, məlumat yalan çıxmışdı. Çexiya qanunvericiliyinə əsasən, bu cür qəsdən yalan təhdid və xaos yaradan şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş