Mali prezidenti: “Vəziyyət nəzarət altındadır, əməliyyatlar davam edəcək”

1 Min Read

Mali prezidenti Assimi Qoyta ölkədəki vəziyyətin nəzarət altında olduğunu bildirib və 25 apreldən radikal qrupların koordinasiyalı hücumları başlayandan bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

“Vəziyyət nəzarət altındadır”, – deyə o qeyd edib və əlavə edib ki, radikal silahlı qruplara qarşı əməliyyatlar onların tamamilə məhv edilməsinə və ölkədə təhlükəsizliyin davamlı bərpasına qədər davam etdiriləcək.

Qoyta çıxışında Sahel Dövlətləri Konfederasiyasının (Burkina Faso, Mali, Niger) birgə fəaliyyətini vurğulayıb və Rusiyanı da tərifləyib: “Tərəfdaşlarımızla, xüsusilə Rusiya ilə strateji əməkdaşlığın yüksək keyfiyyətini qeyd etmək istəyirəm”. O, vətəndaşları ölkədə parçalanma yaratmağa yönəlmiş cəhdlərə uymamağa çağırıb.

25 apreldə radikal qruplar Malinin bir neçə şəhərinə koordinasiyalı hücumlar həyata keçirib. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı həmin gün bütün hücumların dəf edildiyini və yaraqlıların ciddi itkilər verdiyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş