ABŞ Administrasiyası 250 mindən çox vizanı ləğv edib

1 Min Read
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot “Fox News” telekanalına müsahibəsində Prezident Donald Trampın administrasiyası tərəfindən 250 mindən çox vizanın ləğv edildiyini bəyan edib. O, bu addımı Amerika xalqının təhlükəsizliyinin təmin olunması istiqamətində “tarixi mərhələ” kimi qiymətləndirib.
Piqot vurğulayıb ki, aparılan misli görünməmiş yoxlamalar nəticəsində cinayət törədənlər, terrorizmi dəstəkləyənlər və immiqrasiya sistemindən sui-istifadə edən şəxslər müəyyən edilərək vizaları ləğv olunub. O, ABŞ vizasının hüquq deyil, bir imtiyaz olduğunu və bu imtiyazdan sui-istifadə edənlərin onu itirəcəyini xatırladıb.
Məlumata görə, Dövlət Departamenti korrupsiya və narkotik qaçaqmalçılığında şübhəli bilinən Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşlarına qarşı da yeni viza məhdudiyyətləri tətbiq edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş