Orenburq üzərində dörd Ukrayna dronu vuruldu

1 Min Read

Ukrayna qoşunları Rusiyanın Cənubi Ural bölgəsində yerləşən Orenburq vilayətində sənaye obyektlərini hədəf alıb. Hücum zamanı hava hücumundan müdafiə qüvvələri dörd pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə qubernator Yevgeni Solntsev “Max” verilişində məlumat verib.

“Bu gün düşmən PUA-ları bir neçə sənaye obyektinə hücum etməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Orenburq vilayəti üzərində dörd dron vurulub. Xəsarət alan olmayıb”, – deyə rəsmi bildirib.

Yerli hakimiyyət orqanları dron təhlükəsi səbəbindən “Kovyor” (“Xalça”) planı çərçivəsində hava məkanına məhdudiyyətlər tətbiq edib.

Daha əvvəl Rusiyanın yüksək vəzifəli rəsmiləri bir gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 98 Ukrayna dronunun vurulduğunu açıqlamışdılar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş