“Sabah” – “Karvan-Yevlax” matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək

Nərmin
1 Min Read

AFFA İntizam Komitəsi “Sabah” klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, “Karvan-Yevlax”la keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Aleksey İsayev ikioyunluq cəza ilə üzləşib.

Bu hadisəyə görə klub əlavə olaraq 1 000 manat cərimə olunub.

Bundan başqa, matç başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması və bu halın mövsüm ərzində üçüncü dəfə təkrarlanması səbəbindən “bayquşlar” daha 6 500 manat cərimə ödəyəcəklər.

Qarşı tərəfdə də – “Karvan-Yevlax” cəzadan yayınmayıb. Komandanın futbolçusu Qavi Tompson ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün biroyunluq cəza alıb. Klub isə bu epizoda görə 500 manat məbləğində cərimələnib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş