İsrail Müdafiə Nazirindən kritik əmr: “Qoşunlar Livan, Suriya və Qəzzadan çıxarılmayacaq”

1 Min Read

İsrailin müdafiə naziri İsrael Katz orduya Livanda uzunmüddətli yerləşməyə hazırlaşmaq barədə tapşırıq verib. Nazir İsrailin Livan, Suriya və ya Qəzzadakı heç bir “təhlükəsizlik zonasından” qoşunlarını geri çəkməyəcəyini bəyan edib.

İsrail-Livan sərhədindəki kəndlərdə əməliyyat keçirən İsrail Müdafiə Qüvvələrinin (HƏMƏS/İDF) hərbi birləşmələrini ziyarət edən Katz cəbhə xəttindən rezonans doğuran açıqlamalar verib.

Nazir ordunun mövqelərini qoruyacağını vurğulayıb: “İsrail ordusu şimal yaşayış məntəqələrini qorumaq üçün buradadır. Biz bütün bu ərazini təmizləyəcək və şimal sakinlərinin təhlükəsizliyini təmin edəcəyik. Heç bir halda təhlükəsizlik zonalarından geri çəkilməyəcəyik: nə Livanda, nə Suriyada, nə də Qəzzada”.

İzmedia.azc

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş