Rusiya üzərində bir gecədə 189 Ukrayna dronu vurulub

1 Min Read

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 189 pilotsuz uçuş aparatını vurub.

Nazirlik bildirib ki, pilotsuz təyyarələr Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Nijni Novqorod, Rostov, Ryazan, Samara, Saratov, Tula və Ulyanovsk vilayətləri üzərində məhv edilib.

Perm vilayətində sənaye obyektinə zərbə

Məlumata görə, Ukraynaya məxsus dronlardan biri Perm vilayətində yerləşən sənaye obyektinə zərbə endirib. Bu barədə vilayətin qubernatoru Dmitri Maxonin özünün “Telegram” kanalında məlumat verib.

Qubernator bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb. Onun sözlərinə görə, sakinlərin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Maxonin əlavə edib ki, hadisə yerində təcili yardım və digər operativ xidmətlər fəaliyyət göstərir.

Bundan başqa, Perm Dövlət Universiteti 30 aprel tarixində dərslərin ləğv edildiyini açıqlayıb. Qərar universitetin mətbuat xidməti tərəfindən “Telegram” kanalında elan olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş