Netanyahu ilə Tramp arasında kritik görüş: İran məsələsində qərar vaxtı

Nərmin
1 Min Read

İsrailin Baş naziri Benjamin Netanyahu hökumətin həftəlik iclasında etdiyi çıxışda regiondakı vəziyyət və ABŞ ilə təmaslardan danışıb. O bildirib ki, İran məsələsi diqqət mərkəzindədir və bu gün ABŞ Prezidenti Donald Tramp ilə yenidən telefon danışığı aparacaq.

izmedia.az xəbər verir ki, Netanyahu İranla bağlı mövqeləri və Vaşinqtonla əlaqələr barədə açıqlama verərək, “İran məsələsində gözlərimiz tam açıqdır. Bu gün də son günlərdə olduğu kimi dostumuz Prezident Tramp ilə danışacağam”, — deyə bildirib.

Baş nazir qeyd edib ki, görüş zamanı Trampın son beynəlxalq təmasları da müzakirə olunacaq. Netanyahu ABŞ prezidentinin son səfərləri və digər məsələlərlə bağlı fikirlərini dinləmək istədiyini vurğulayıb.

“Qarşıda bir çox ehtimal var və biz bütün ssenarilərə hazırıq”, — deyə Netanyahu əlavə edib.

İsrail rəhbərliyi regionda artan gərginlik fonunda bütün mümkün inkişaf variantlarını nəzərdən keçirdiklərini və təhlükəsizlik məsələlərində yüksək hazırlıq vəziyyətində olduqlarını bildirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş