Keniyada sel fəlakəti: 10 nəfər ölüb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Keniyanın müxtəlif bölgələrində yağan güclü yağışların səbəb olduğu sel nəticəsində 10 nəfər həyatını itirib.

Məlumata görə, ölkəni təsiri altına alan intensiv yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.

Səlahiyyətli qurumlar Kvuale bölgəsində yerləşən Mvena körpüsünün və Kitui bölgəsindəki Nqomeni körpüsünün zərər gördüyünü açıqlayıb. Keniya polisi bildirib ki, ölənlərdən 7-si Şərqi Keniya bölgəsinin payına düşür.

Meteorologiya xidməti güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş