Almaniya: ABŞ-ın qoşunlarını geri çəkməsi gözlənilən idi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ-ın Almaniyadan 5 min hərbçisini geri çəkmək qərarı əvvəlcədən proqnozlaşdırılan bir addım idi.

Pistorius Alman mətbuatına açıqlamasında qeyd edib ki, amerikalılarla Almaniyada yerləşən Ramştayn, Qrafenvör, Frankfurt və digər məntəqələrdə Avropada sülh və təhlükəsizlik, Ukrayna və birgə çəkindirmə məsələləri üzrə sıx əməkdaşlıq davam edir.

Nazir vurğulayıb ki, ABŞ-ın Almaniya da daxil olmaqla Avropadan qoşunlarını azaltması gözlənilən idi və Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürməlidirlər.

O həmçinin bildirib ki, Almaniya ordusu genişləndiriləcək, hərbi texnika daha sürətli təmin olunacaq və infrastrukturun inkişafı davam etdiriləcək.

Pistorius əlavə edib ki, ABŞ hərbçilərinin Avropada, xüsusilə də Almaniyada mövcudluğu həm Almaniyanın, həm də ABŞ-ın maraqlarına uyğundur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş