Ulyanov: Rusiya Yaxın Şərqdə KQS-dən azad zona təşəbbüsləri irəli sürə bilər

1 Min Read

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Rusiya Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından (KQS) azad zona yaradılması istiqamətində yeni təşəbbüslər irəli sürə bilər.

O, “İzvestiya” qəzetinə açıqlamasında deyib: “Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılması ideyası tam həyata keçirilənə qədər beynəlxalq gündəmdə qalacaq. Ehtiyac yaranarsa, Rusiyanın bu məsələ ilə bağlı yeni təşəbbüslərlə çıxış etməsi mümkündür”.

Diplomatın sözlərinə görə, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmaq ideyasını qəbul etmir, lakin eyni zamanda regionun digər ölkələrindən bu müqavilənin müddəalarına tam əməl etməyi tələb edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş