Bloomberg agentliyinin məlumatına görə, ABŞ hərbçiləri Panama cəngəlliklərində döyüş təlimlərinə yenidən başlayıblar.
Bildirilir ki, döyüş təlim mərkəzi dörddə bir əsrdən sonra fəaliyyətini bərpa edib. Agentliyin yazdığına görə, proqramına cəngəllik şəraitində sağ qalma, təxliyə və patrul xidmətləri daxil olan piyada, dənizçi və dəniz piyadalarının təlimi ABŞ administrasiyasının Meksika və ya Kubada mümkün hərbi əməliyyatlara hazır olması ilə bağlı siqnallar fonunda yenidən aktuallaşıb.
Bloomberg həmçinin qeyd edir ki, ABŞ ordusu Panamadakı yerli hərbi qüvvələrlə birgə təlimlər keçirir.
İzmedia.az
![]()

