Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Liu Çjunmin “Global Times” qəzetinə açıqlamasında bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Çinə hazırkı səfərinin əsas məqsədi Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasıdır.
Ekspert qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Çin ardıcıl şəkildə gərginliyin azaldılması istiqamətində konstruktiv rol oynayıb: “İran xarici işlər nazirinin Pekinin dəvəti ilə Çinə səfəri də bu səylərin tərkib hissəsidir”.
Onun sözlərinə görə, Pekin eyni zamanda İranın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə münasibətlərində gərginliyin azalmasına da çalışır.
Professor əlavə edib ki, səfər çərçivəsində tərəflər enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə edə bilərlər.
İzmedia.az
![]()

