ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft tankerlərinin keçidini məhdudlaşdırmaq üçün praktiki imkanlarının olmadığını bəyan edib. Sentyabrın 2-də Ağ Evdə çıxış edən Amerika lideri boğaza hazırda ABŞ-ın nəzarət etdiyini və hər gün oradan neftlə yüklənmiş çoxlu gəminin keçdiyini bildirib.
“Ehtiyatsız danışmaq istəməzdim, lakin indiyədək onlar bu keçidə mane olmaq üçün praktiki olaraq heç nə edə bilməyiblər. Biz vəziyyəti bu şəkildə saxlamağa çalışacağıq”, — deyə Tramp vurğulayıb. O, həmçinin İran iqtisadiyyatının çöküşə yaxınlaşdığını qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Energetika Naziri Kris Rayt bir qədər əvvəl sentyabrın 1-də Hörmüz boğazından keçən neft tədarükünün həcminin 17 milyon bareli ötdüyünü açıqlamışdı.
İzmedia.az
![]()

