Konqres hakimiyyət dəyişikliyinə hazırlaşır: Tramp administrasiyası məğlubiyyəti əvvəlcədən görür

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Respublikaçıların qarşıdan gələn aralıq seçkilərdə mümkün məğlubiyyətinə hazırlaşır.

The Washington Post qəzetinin yazdığına görə, ABŞ administrasiyası payızda keçiriləcək seçkilərdə Respublika Partiyasının uduza biləcəyi ehtimalını nəzərə alaraq siyasi təyin olunmuş şəxsləri əvvəlcədən hazırlayır.

Mənbələr bildirir ki, Ağ Evin hüquq şöbəsi icraedici hakimiyyətə təyin olunmuş şəxslərlə qapalı görüşlər keçirir. Bu görüşlərdə Konqres tərəfindən gözlənilən sərt nəzarətə necə reaksiya verilməli olduğu izah edilir. Qeyd olunur ki, noyabr seçkilərində demokratların ciddi irəliləyiş əldə etməsi ehtimalı müzakirə olunur.

Məlumata görə, bəzi iştirakçılar Respublikaçıların məğlubiyyət ehtimalının yüksək olduğunu təsdiqləyərək bu görüşləri “realistik dialoq” kimi qiymətləndirib. Ağ Ev daxilində “ən pis ssenarilərə hazırlıq” mövzusunun gündəmə gəldiyi bildirilir.

Eyni proqnozlar Politico nəşrində də yer alıb. Orada qeyd olunur ki, Respublikaçılar arasında da pessimizm artmaqdadır.

3 noyabrda ABŞ-da aralıq seçkilər keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenilənəcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar nəzarət edir.

Xatırladaq ki, daha əvvəl Marko Rubio-nun 2028-ci il prezident seçkilərində namizəd ola biləcəyi barədə də məlumatlar yayılmışdı.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş