Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç TASS-a müsahibəsində bildirib ki, 2025-ci ildə Rusiyadan Serbiyaya təxminən 174 min turist səfər edib.
Onun sözlərinə görə, həmin turistlər ölkədə ümumilikdə 640 mindən çox gecələmə həyata keçiriblər.
Popoviç qeyd edib ki, 2026-cı ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə həm gələn turistlərin, həm də gecələmələrin sayında artım müşahidə olunub: “Müsbət tendensiya davam edir və Serbiya Rusiya turizm bazarında sabit mövqelərini qoruyur”.
Nazir əlavə edib ki, rusiyalı turistlər üçün ən cəlbedici istiqamətlər arasında Belqrad və Novi Sad şəhərləri ön sıradadır.
İzmedia.az
![]()

