Trampın İranla bağlı hərbi əməliyyat qərarı ehtimalı artır – ABŞ və İsraildən gərgin siqnallar

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Amerikanın “Axios” nəşrinə istinadən yayılan məlumata görə, ABŞ prezidenti Donald Tramp bu həftə İranla müharibənin yenidən başlanması barədə əmr verə bilər. Bildirilir ki, diplomatik danışıqlar nəticəsiz qalarsa, hərbi əməliyyatların bərpası ehtimalı gündəmdədir.

Bəzi amerikalı və israilli rəsmi şəxslər də bu ssenarinin mümkün olduğunu düşünürlər. Tramp daha əvvəl İranın maliyyə sisteminin tezliklə çökəcəyinə ümid etdiyini bildirib.

Ötən həftə ABŞ administrasiyası mövcud danışıqlar bitənə qədər atəşkəs rejimini uzadıb. Aprelin 8-də əldə olunan ilkin atəşkəs razılaşması isə iki həftəlik müddət üçün nəzərdə tutulmuşdu.

Danışıqlar nəticə vermədiyi üçün tərəflər arasında gərginlik artıb. ABŞ İran limanlarına dəniz blokadası tətbiq etdiyini, razılaşma əldə olunacağı təqdirdə bunu ləğv edəcəyini açıqlayıb. İran isə buna cavab olaraq Hörmüz boğazını bağlayıb və danışıqları dayandırıb.

Məlumata görə, Trampa “ultimatum” verilib və ABŞ həddindən artıq sərt addımlar atarsa, dünya neft alıcılarının Rusiyaya yönələcəyi ehtimal olunur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş