“İcazəsiz uçuş faciə ilə nəticələndi” – Motoparaplan pilotu həlak oldu

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Rusiyanın Altai Krai bölgəsində motoparaplanın qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

Hadisə Kursk kəndi yaxınlığında baş verib. Məlumata görə, motoparaplan yerli sakin tərəfindən idarə olunurdu və aparatın yerə düşməsi nəticəsində pilot hadisə yerində ölüb.

Barnaul Nəqliyyat Prokurorluğu qəzanın səbəblərini araşdırmağa başlayıb. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və hava qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığı müəyyənləşdirilir.

İlkin məlumata əsasən, pilot gecə saatlarında lazımi icazə olmadan havaya qalxıb. Bildirilir ki, motoparaplan elektrik xətlərinə toxunduqdan sonra idarəetməni itirib və qəzaya uğrayıb.

Mənbələrin iddiasına görə, pilot qaranlıq səbəbindən elektrik naqillərini vaxtında görə bilməyib və istiqaməti düzgün müəyyənləşdirə bilmədiyi üçün toqquşma baş verib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş