İranın SNN telekanalının yaydığı məlumata görə, Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Telekanalın açıqlamasında bildirilib ki, bütün uçuşlar növbəti xəbərdarlığadək ləğv olunub.
Bundan əvvəl İran KİV-i ölkənin qərbində yerləşən Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını xəbər vermişdi.
İzmedia.az
![]()

